"Sumqayıt" - "Zirə" matçının vaxtı müəyyənləşdi

14:39 - 17 Oktyabr 2017

Topaz Premyer Liqasında 9-cu turu çərçivəsində keçiriləcək “Sumqayıt” – "Zirə" oyununun vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, matç oktyabrın 21-də "Kapital Bank Arena"da baş tutacaq və 17:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə oktyabrın 22-də eyni məkanda keçiriləcək və saat 15:00-da başlanacaq.

Xəbər xətti