"Spartak" "Sevilya"nı darmadağın etdi VİDEO

01:05 - 18 Oktyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna start verilib.
 
Sportal.az
xəbər verir ki, E qrupunda qərarlaşan "Spartak" "Sevilya"nı qəbul edib və 5:1 hesabı ilə qalib gəlib.

 

Qələbə sayəsində "Spartak" xallarının sayını 5-ə yüksəldib və 2-ci pillədə qərarlaşıb. Qrupa 5 xalı olan "Liverpul" başçılıq edir. "Sevilya"nın 4, "Maribor"un 1 xalı var.

 

“Spartak” (Rusiya) - “Sevilya” (İspaniya) - 5:1
Qollar:
Promes, 18, 90, Melqarejo, 58, Qluşakov, 67, Adriano, 74 - Kyaer, 31

 

 

Xəbər xətti