"Qarabağ" ilk xalını qazandı YENİLƏNİB

21:55 - 18 Oktyabr 2017

Bu gün "Qarabağ” Çempionlar Liqasının  qrup mərhələsində növbəti oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Ağdam klubu üçüncü turda "Atletiko"nu qəbul edib. Matçda hesab açılmayıb - 0:0. Bununla da "Qarabağ" ÇL-in qrupunda ilk xalını qazanıb.

 
Qeyd edək ki, Qurban Qurbanovun komandası  İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzub.

 

18 oktyabr

Çempionlar Liqasının qrup mərhələsi, 3-cü tur

 

20:00. "Qarabağ" - "Atletiko" - 0:0

Qırmızı vərəqə: Dino Ndlovu, 75 ("Qarabağ")

Baş hakim: Ruddi Buke
Baş hakimin köməkçiləri: Giyom Debar, Frederik Kano
Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie
Dördüncü hakim: Bertrand Juanno (hamısı Fransa)
Bakı Olimpiya Stadionu

Xəbər xətti