"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu

11:11 - 18 Oktyabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyələşib.

 

Sportal.az xəbər verir ki, Ərsun Yanalın gedişindən sonra "bordo-mavililər"i yerli mütəxəssis Rza Çalımbay çalışdıracaq. Bu barədə "beİN Sports" məlumat yayıb. Çalımbay bu gün Trabzona yollanacaq və rəsmi müqaviləyə imza atdıqdan sonra komandanı ilk məşqə çıxaracaq.

 

Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçkinin adı "Trabzonspor"la hallanırdı.

 

Qeyd edək ki, Çalımbay bu mövsüm “Antalyaspor”dan qovulmuşdu.

Xəbər xətti