Azərbaycan Birinci Divizonunda çıxış edən MOİK-də komandanın baş məşqçi Ramil Əliyevin istefası klubdaxili iclasda gündəmə gətirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Turan Tovuz” üzərində 2:1 hesablı qələbədən sonra istefa ərizəsini yazaraq rəhbərliyə təqdim edən 31 yaşlı mütəxəssisin istefası qəbul edilməyib.
Klub rəhbərliyi gənc mütəxəssisin postundan ayrılmasını istəməyib və onunla yola davam etmək qərara alınıb.