Olimpiya stadionunda "Qarabağ"ın atributları satılacaq

12:30 - 18 Oktyabr 2017

"Qarabağ"  Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda  "Atletiko" ilə oyun zamanı forma və atributların satışını təşkil edəcək.

 

Sportal.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu məqsədlə bu gün görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionunun (BOS) girişində və daxilində ümumilikdə klubun fan-şopunun 7 satış məntəqəsi azarkeşlərin xidmətində olacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq.

 

Xəbər xətti