"Marca" "Qarabağ" - "Atletiko" matçı üçün təxmini heyətləri açıqladı

13:15 - 18 Oktyabr 2017

İspaniyanın “Marca” nəşri Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək “Qarabağ” - “Atletiko” matçının təxmini start heyətlərini yazıb.

 

Sportal.az xəbər verir ki, “Marca”nın versiyasına görə, kapitan Rəşad Sadıqov bu gün “hindular”la matçda iştirak etməyəcək.

 

Həmçinin, “Atletiko”nun əsas hücuçmusu Antuan Qrizmannın da qripə yoluxma səbəbindən ehtiyatda qalacağı ehtimal olunur.

 

“Qarabağ” - “Atletiko” görüşü bu gün saat 20.00-da başlayacaq və Bakı Olimpiya stadionunda keçiriləcək.

Xəbər xətti