"Trabzonspor" yeni baş məşqçisini açıqladı

15:15 - 18 Oktyabr 2017

Türkiyənin "Trabzonspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisini Rza Çalımbay çalışdıracaq. Bu barədə "bordo-mavilər"in rəsmi saytı məlumat yayıb. Təcrübəli mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

 

Rza Çalımbay bu postda dünən istefaya göndərilən Ərsun Yanalı əvəz edib. 

 

Qeyd edək ki, "Trabzonspor" milli komandamızın baş məşqçisi Robert Prosineçki ilə də danışıq aparırdı. Lakin tərəflər arasında razılıq əldə olunmamışdı.

Xəbər xətti