Qrizmann: "Qarabağ"dan belə oyun gözləmirdik"

"Qarabağ"dan belə oyun gözləmirdik. Onlar bizə qarşı çox yaxşı mübarizə apardılar”.

 

Sportal.az xəbər verir ki, bu sözləri "Atletiko"nun futbolçusu Antuan Qrizmann Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyundan sonra deyib. 

 

Qolsuz başa çatan matçı dəyərləndirən fransalı hücumçu yaxşı vəziyyətdə olmadıqlarını bildirib: "Bizim üçün çox ağır vəziyyətdir. Qələbə qazanmaq istəsək də, alınmadı. Bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Bu gün xal itirdik və bundan sonrakı bütün oyunlarımızda qələbə qazanmalıyıq. Çempionlar Liqası ilə vidalaşdığımızı düşünmürəm. Amma bundan sonrakı bütün oyunlarda qələbə qazanmaq vacibdir". 

Tarix: 19 Oktyabr [00:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio