Şehiç: "Sübut etdik ki, qrup mərhələsinə layiqik"

"Bu gün biz ilk iki oyunla müqayisədə daha hazırlıqlı idik. Sübut etdik ki, qrup mərhələsinə layiqik. Komandamız Çempionlar Liqasına yaraşan oyun göstərdi".

 

Sportal.az xəbər verir ki, bunu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda İspaniya təmsilçisi "Atletiko" ilə Bakıda qolsuz heç-heçədən sonra "Qarabağ"ın qapıçısı İbrahim Şehiç deyib.

 

Bosniya və Herseqovinalı qolkiper çətin oyun olduğunu, əldə edilən bir xala görə sevindiyini ifadə edib: "Bir neçə qol şansımız da oldu. Ancaq yararlana bilmədik. Əsas odur ki, xal qazandıq. Buna sevinirik".

 

Qeyd edək ki, "Qarabağ" ÇL növbəti oyununun oktyabrın 31-də Madriddə "Atletiko"ya qarşı keçirəcək.

Tarix: 19 Oktyabr [10:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio