İspaniyalı hakim: "Fransalı referi matçın taleyini dəyişdi"

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” oyununda (0:0) Ağdam klubunun futbolçusu Dino Ndlovunun meydandan qovulması İspaniya mətbuatında da müzakirə olunub.

 

Sportal.az xəbər verir ki, bu barədə “Marca” nəşrinə açıqlama verən keçmiş ispaniyalı hakim Anduxar Oliver görüşün baş hakimi Ruddi Bukenin yalnış qərar qbəul etdiyini deyib: “İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilir. Ancaq epizodun təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçırdı və matçın taleyini dəyişdi”.

 

Qeyd edək ki, oyunun 75-ci dəqiqəsində qonaqların oyunçusu Dieqo Qodin cərimə meydançasında "Qarabağ"ın futbolçusu Dino Ndlovuya qarşı kobuda oynasa da, matçın fransalı hakimi bunu simulyasiya kimi qiymətləndirərək cənubi afrikalı hücumçunu ikinci sarı vərəqə ilə meydandan qovub.

Tarix: 19 Oktyabr [10:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio