Messi 100-cü qolu vurdu

12:48 - 19 Oktyabr 2017

“Barselona”nın hücumçusu Lionel Messi Avropa kuboklarında 100-cü qolunu vurub.

 

Sportal.az xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb. Argentinalı futbolçu dünən “Olimpiakos”la matçda (3:1) fərqlənməklə Kriştiano Ronaldodan sonra qitə miqyaslı klub turnirlərində 100 qol vuran ikinci futbolçu olub.

 

Messi bu göstəriciyə 122 matçda nail olub. O, 97 qolu Çempionlar Liqasında, 3 qolu isə UEFA superkubokunda vurub.

Xəbər xətti