Qabi: "Qarabağ" istənilən komandaya başağrısı ola bilər"

13:55 - 19 Oktyabr 2017

Bakıda təmsilçimiz “Qarabağ”ın müqavimətini qıra bilməyən (0:0) “Atletiko”nun kapitanı Qabi ölkəsinin “Marca” nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, oyunla bağlı bunları bildirib: "İlk hissədə qol imkanlarımız olsa da, bundan istifadə edə bilmədik.  Matçın ikinci hissəsi göstərdi ki, "Qarabağ" istənilən komandaya başağrısı ola bilər”.

 

O, yer aldıqları qrupun çox güclü olduğunu bildirib: "Əsl həqiqət budu. Bundan sonrakı matçlarda qələbə qazanmalıyıq. Amma öncə Çempionlar Liqasında ilk qalibiyyətimizi əldə etməliyik".  

 

Qeyd edək ki, dünənki nəticələrdən sonra “Qarabağ”ın yer aldığı C qruunda “Çelsi”nin 7, “Roma”nın 5, “Atletiko”nun 2, təmsilçimizin isə 1 xalı var.

Xəbər xətti