İstanbul derbisinin hakimi müəyyənləşdi

14:14 - 19 Oktyabr 2017

Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində "Qalatasaray" öz meydanında əzəli rəqibi "Fənərbaxça"nı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul derbisini idarə edəcək hakim müəyyənləşib. Belə ki, "Türk Telekom Stadionu"nda baş tutacaq qarşılaşmada ədaləti Cüneyt Çakır qoruyacaq.

 

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" matçı 22 oktyabr tarixində Bakı vaxtilə saat 20:30-da baş tutacaq.

Xəbər xətti