"Kəpəz"in legionerinin zədəsi ciddidi

17:17 - 19 Oktyabr 2017

“Kəpəz”in zədəliləri arasında ən ciddi xəsarət alan Samba Diallodur.

 

Sportal.az xəbər verir ki, ötən tur “Zirə”yə qarşı oyunda zədələnərək əvəzlənən Samba iki həftəlik sıradan çıxıb. Müayinədən keçən yarımmüdafiəçinin topuq oynağında ikinci dərəcəli burxulma aşkar edilib.

 

“Neftçi” ilə matçı buraxacaq Diallonun X turda “İnter” ilə görüşdə də meydana çıxacağı sual altındadır. Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, hər şey müalicə prosesinin gedişindən asılı olacaq. 

Xəbər xətti