Konte: "Mourinyo öz komandasına fikir verməlidi, başqalarına yox"

“Çelsi”nin baş məşqçisi Antonio Konte Joze Mourinyo söz savaşına çıxıblar.

 

Sportal.az xəbər verir ki, dünən “Benfika” – “Mançester Yunayted” görüşündən sonra Mourinyo italiyalı çalışdırıcıya “ilişib”.

 

“Mən heç vaxt zədələr haqqında danışmıram. Amma başqa məşqçilər bu barədə ağlayır, ağlayır və yenə də ağlayır. İbrahimoviç, Poqba, Fellaini və Roho kimi oyunçularımı itirdikdən sonra mən də onların yerində ola bilərdim.

 

“Roma” ilə oyundan sonra jurnalistlər Kontedən Mourinyonun dedikləri barədə fikir öyrəniblər: “Sizlər (jurnalistlər) bu sözlərin mənə deyildiyini düşünürsünüz? Əgər bu sözləri mənə ünvanlayıbsa, o öz komandasına diqqət etməli, özünə fikir verməlidi, başqa komandalara yox”.

 

Qeyd edək ki, hər iki komanda son vaxtlar zədəli futbolçuoların çoxluğundan əziyyət çəkir.

Tarix: 19 Oktyabr [18:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio