"Atletiko"nun futbolçusu: "Qarabağ" meydanda yaxşı işlər gördü"

"Əvvəlcədən də bilirdik ki, "Qarabağ"a qalib gəlməsək, vəziyyətimiz pis olacaq. Bundan sonrakı hər 3 oyunu qazanmalıyıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Atletiko"nun futbolçusu Saul Niqes deyib. O, Çempionlar Liqasının 3-cü turunda "Qarabağ"la matçdakı qolsuz heç-heçədən danışıb.

 

Niqes onları daha çətin mərhələlər gözlədiyini bildirib: "Qarabağ"? Bu komanda meydanda yaxşı işlər gördü. Amma biz də şanslarımızı boşa verdik. Bundan sonra itirmək şansımız yoxdur. Başqa variantımız mövcud deyil. Soyunma otağında olanları danışmaq olmaz. Ən böyük problemimiz bilmirəm ki, nədədir".

 

İspaniyalı oyunçu matçın 73-cü dəqiqəsində Dino Ndlovuya göstərilən qırmızı vərəqədən də danışıb: "Qırmızı vərəqə haqqında heç nə deyə bilməyəcəm. Amma o müddətdə fərqlənməli idik. Lakin bəzən qələbə qazanmaq istəyi komandaya mane olur. Çünki təzyiq yanlışlara yol açır. İlk yarının sonlarında daha yaxşı oynadıq. Böyük komandamız var. Səhvlərimizi düzəltməyə çalışacağıq".

Tarix: 20 Oktyabr [02:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio