Fərid Nəbiyevli “Slaviya” uduzdu

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 11-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Bohemians” ilə qarşılaşıb. Praqa təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Fərid də bu görüşün iştirakçısı olub. U-19 millimizin kapitanı 61-ci dəqiqədə meydana buraxılıb.

 

“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 14 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 8-ci sırada qərarlaşıb.

Tarix: 20 Oktyabr [11:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2018
22  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio