Benzemanın agentindən transfer açıqlaması

"Real" Kərim Benzema ilə yeni müqavilə imzalasa da, fransalı forvardın komandadan ayrıla biləcəyi iddiaları gəzir. "Kral klubu"nun Benzemanı "Tottenhem"in hücumçusu Harri Keynin transferində istifadə edəcəyi xəbərləri yayılmışdı.

 

Sportal.az xəbər verir ki, "Sky Sports"a danışan ulduz futbolçunun agenti Kərim Cəziri bu məlumatları təkzib edib və Benzemanın gələcəyinin "Real"a aid olduğunu bildirib:

 

"Kərim "Real"da çox xoşbəxtdir. Ötən ay yeni müqavilə bağlayıb və klubdan ayrılmaq niyyəti yoxdur. Onun gələcəyi "Real"a aiddir".

 

Qeyd edək ki, 29 yaşlı futbolçu 2009-cu ildən Madrid klubunda çıxış edir.

Tarix: 20 Oktyabr [11:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio