Rusiyalı məşqçi: "Belə getsə, Ramil Azərbaycanda itib-batacaq"

“Mən 4 il “Zenit-2” komandasında işlədim. Bu müddətdə rəhbərliyim altında çox futbolçular oynadı. Onların aralarında ən istedadlısı Ramil Şeydayev idi”.

 

Sportal.az  xəbər verir ki, bu sözləri “Zenit”in ikinci komandasının sabiq baş məşqçisi Vladislav Radimov deyib.

 

O, hazırda “Qarabağ”da forma  geyinən Azərbaycan millisinin üzvü Ramil Şeydayev haqqında danışıb: “Onun kimi hücumçular futbola çox az gəlir. Ramilin gedişi “Zenit” və Rusiya millisi üçün ciddi itki idi. İndi də anlamıram ki, bu futbolçunu necə əldən verdik? “Rubin”də icarədə oynadı. Kazan klubuna yeni oyunçular gəldi və Ramil ordan da ayrıldı. Şeydayev “Rubin”dən pis vəziyyətdə döndü. Bunu onun oyununa baxanda hiss edirdik. Amma güc tapdı və “Zenit”də 12 oyunda 10 qol vurmağı bacardı. Amma yenə də müqaviləsini artırmadılar”. 

 

Radimov Ramilin “Qarabağ”da ehtiyatda oturmasından narahat olduğunu bildirib: “İndi o, Azərbaycan klubunun ehtiyat oyunçular skamyasında gün keçirir. Forma geyinmək şansı qazanmır. Müqavilə ilə “Trabzonspor”a məxsusdur və icarə əsasında Azərbaycan təmsilçisinə keçib. Onunla münasibətlərimi yaxşıdır. Əgər məşqçi ona güvənsə, etimadı doğruldacaq. Əks halda, “Qarabağ”dan gedəcək və Azərbaycan çempionatında itib-batacaq”.

Tarix: 20 Oktyabr [13:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio