Azərbaycanlı azarkeşlər üçün "Atletiko" - "Qarabağ" matçı 30 avroya

Azərbaycanlı azarkeşlər “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko” ilə keçirəcəyi səfər matçını canlı izləyə bilərlər.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu məsələdə fanatlara kömək göstərəcək.
 
Belə ki, Madriddəki qarşılaşmanı izləmək istəyənlər oyunun biletlərini “Qarabağ”ın bazasından ala bilərlər (saat 10:00-dan saat 18:00-a qədər).
 
Ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti isə 30 avrodu.
 
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.

Tarix: 20 Oktyabr [13:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio