Məsut Özil gedəcəyi komandanın adını dostlarına dedi

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “Mirror” nəşri yayıb. Xəbərdə Almaniya millisinin üzvünün bu barədə klubdakı komanda yoldaşlarına məlumat verdiyi qeyd edilib.

 

Qeyd edək ki, türk əsilli yarımmüdafiəçinin "Arsenal"la müqaviləsi 2018-ci ilin yayında başa çatır. Hazırda London klubunda həftəlik 300 min funt-sterlinq qazanan Məsut, yeni müqavilə üçün həftəlik 400 min funt-sterlinq tələb edir. "Arsenal" isə futbolçunun bu tələbi iklə razılaşmır.

 

Qeyd edək ki, Məsut Özil "Arsenal"a 2013-cü ildə "Real"dan 47 milyon avroya transfer olub.

Tarix: 20 Oktyabr [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio