"Sabah" "Qarabağ" haqda qalmaqallı yazını sildi FOTO

Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən Azərbaycan çempionu “Qarabağ” bu nüfuzlu turnirdə ilk xalını İspaniyanın “Atletiko” klubu ilə ev oyununda qazandı.

 

Sportal.az xəbər verir ki, bu oyundan sonra az qala bütün dünya mətbuatı Ağdam klubundan, Azərbaycan futbolundan maraqlı xəbərlər yaymaqdadı. Elə qonşu Türkiyə mətbuatında da Ağdam təmsilçisindən az bəhs olunmadı. Lakin bu gün sözügedən ölkədə aparıcı nəşrlərdən olan “Sabah”da aşağılayıcı xarakterli bir xəbər azərbaycanlı futbolsevərlərdə böyük narazılığa səbəb olub.

 

Belə ki, 0:0 hesabıyla bitən “Qarabağ” – “Atletiko” matçını Bakı Olimpiya Stadionundan izləyən “Qarabağ” fanatlarından bir qrupu A4 kağızlarına “Qarabağ” yazaraq onları şəffaf paketə salıb nümayiş etdiriblər. Bu məqamı işıqlandıran “Sabah”ın türkiyəli yazarı Mevlut Tezelin məsələyə yanaşması isə belə olub: “Futbol tarixinin ən kasıb, ən əzik, ən komik “koreografisi” bu olsa gərək. Olsun, yavaş yavaş onlar da öyrənəcək futbol mədəniyyətini”.

 

Türkiyəli jurnalistin bu yanaşmasına "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəllə mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov cavab verib. Klub rəsmilərinin bu cavabından sonra həmin yazı saytdan silinib.

 

Tarix: 21 Oktyabr [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio