Rauf Əliyev Albaniyada ardıcıl 3-cü qolunu vurdu

Albaniya çempionatında VII turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi “Kukesi”  səfərdə “Luftetari” ilə qarşılaşıb. 

 

Görüş Raufun komandasının böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

 

Matça start heyətində başlayan Əliyev 73-cü dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, Raufun “Kukesi”nin heyətində ardıcıl 3-cü qoludur.

 

Qeyd edək ki, “Kukesi” 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Eyni xala malik “Skenderbeu” isə liderdir.

Tarix: 22 Oktyabr [00:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio