"Çelsi" - "Uotford" matçında 6 qol VİDEO

00:59 - 22 Oktyabr 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, komanda 9-cu turda "Uatford"u qəbul edib. Matç London klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, 9 turdan sonra "Çelsi" 16 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Mançester Siti" 25 xalla liderdir. "Mançester Yunayted" 20 xalla 3-cü yerdə qərarlaşıb. Turnir cədvəlinin 3-cüsü isə aktivində 17 xal olan "Tottenhem"dir.

 

“Çelsi” – “Uotford” - 4:2
Qollar:
Pedro, 12; Batşuayi, 71, 90+5; Azpilikueta, 87 - Dukur, 45+3; Pereyra, 50

 

 

Xəbər xətti