Araz Abdullayevli "Anortosis" səfərdə qələbə qazandı

01:12 - 22 Oktyabr 2017

Kipr çempionatında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" səfərdə “Etnikos”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.

 

Geridə qalan turlarda 18 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.

Xəbər xətti