"Barselona" qələbə qazandı VİDEO

03:21 - 22 Oktyabr 2017

İspaniya La Liqasında 9-cu tura start verilib.

 

Sportal.az xəbər verir ki, lider "Barselona" doğma meydanında "Malaqa"ya 2:0 hesabı ilə qalib gəlib.

 

"Barselona" La Liqanın turnir cədvəlində 25 xalla liderdir. 4 xal geri qalan "Valensiya" 2-ci pillədə qərarlaşıb. Madridin "Real" klubu 17 xalla 3-cü, digər təmsilçisi "Atletiko" isə 16 xalla 4-cüdür. Malaqa isə 1 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsindədir.

 

“Barselona” – “Malaqa” - 2:0
Qollar:
Delufeu, 2, İnyesta, 56

 

 

Xəbər xətti