Əsgərov Latviyada 19-cu qolunu vurdu

11:45 - 22 Oktyabr 2017

Latviya birinci liqasında 25-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - “Olayne” doğma meydanda “Qrobinas”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 5:0.

 

Əsgərov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının iki qolunu da Vüqar vurub. “Olayne”nin ən məhsuldar futbolçusu olan həmyerlimiz 62 (penalti) və 66-cı dəqiqələrdə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 19-a çatdırıb.

 

“Olayne” 25 turdan sonra 47 xalla 12 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti