Simeone: "Qarabağ"la heç-heçəyə üzülmədim"

İspaniya La Liqasının 9-cu turunda "Atletiko" səfərdə "Selta"nın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone açıqlama verib. Argentinalı mütəxəssis komandasının Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda təmsilçimiz "Qarabağ"a qarşı keçirdiyi oyun haqda da danışıb:

 

“Mənim çox güclü və rəqabət olan komandam var. Son 6 il yarımda olduğu kimi mübarizə aparmağa davam edəcəyik. Mövsümün gedişində fərqli vəziyyətlər yarana bilər. Futbol asan deyil. Biz də hazırda bu vəziyyətdəyik. Nə Bilbaoda qələbə qazananda çox sevindim, nə də Bakıda heç-heçə edəndə üzüldüm. Çünki bunlar üçün vaxt yoxdur. Çalışıb, vəziyyətdən çıxmalıyıq. İnanıram ki, “Atletiko” doğru yolu tapacaq”.

Tarix: 22 Oktyabr [16:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio