Kamran Ağayevli "Mlada" darmadağına sevindi

00:38 - 23 Oktyabr 2017

Çexiya çempionatında 11-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” səfərdə “Zlin”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 5:1.

 

Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Geridə qalan turlarda 11 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti