Nazarov bu hərəkətinə görə meydandan qovuldu VİDEO

00:51 - 23 Oktyabr 2017

Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Yan Regensburq”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Start heyətdə meydana çıxan millimizin üzvü 20-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Buna baxmayaraq, komandası azlıqda qələbə qolunu vurmağa nail olub.

 

“Aue” geridə qalan 11 turda 16 xal toplayıb və 18 klub arasında 8-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti