"Roma" səfərdə qalib gəldi VİDEO

01:54 - 23 Oktyabr 2017

İtaliya A Seriyasında 9-cu tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan "Roma" səfərdə "Torino"ya 1:0 hesabı ilə qalib gəlib.

 

A Seriyasının turnir cədvəlinə aktivində 25 xal olan "Napoli" başçılıq edir. 2 xal geri qalan "İnter" 2-ci yerdədir. "Yuventus" 22 xalla 3-cü, eyni xala malik olan "Latsio" 4-cüdür. "Roma" 18 xalla 5-ci yerin sahibidir. "Torino" isə 13 xalla 10-cu sırada yer alıb.

 

“Torino” - “Roma” - 0:1
Qol:
Kolarov, 69

 

 

Xəbər xətti