Prosineçkiyə növbəti təklif

10:36 - 23 Oktyabr 2017

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki daha bir komandanın maraq dairəsinə düşüb.

 

Sportal.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis yenidən bu ölkədə çalışa bilər.

 

Belə ki, Mustafa Reşit Akçayla yollarını ayıran “Konyaspor”un gündəmində olan mütəxəssislərdən biri də məhz Prosineçkidi. Mövsümə uğursuz start götürən Konya təmsilçisi Superliqanın IX turunda “Kayserispor”a məğlubiyyətdən sonra (2:1) Akçayla vidalaşıb.

 

Dərhal axtarışa başlayan konyalıların baş məşqçi postuna 6 namizəd var. Bunlar Prosineçki ilə yanaşı, Ertuğrul Sağlam, Ersun Yanal, Hamza Hamzaoğlu, Yılmaz Vural və Bülent Uyğundui. Türkiyə təmsilçisinin ilk hədəfi Sağlam və Prosineçkidi.

 

Qeyd edək ki, "Konyaspor" yayda da Prosineçkinin xidmtəində maraqlı olub. Millimizlə müqavilə müddəti bitmək üzrə olan Robert Prosineçki isə Bosniya və Herseqovina, həmçinin Sloveniya yığmasının gündəmindədi.

Xəbər xətti