Röyal Nəcəfov Türkiyədə növbəti qolunu vurdu

11:18 - 23 Oktyabr 2017

Azərbaycanlı futbolçu Röyal Nəcəfov Türkiyədə növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, həmyerlimizin şərəfini qoruduğu "Malatya Yeşilyurtspor" klubu 5-ci tur çərçivəsində səfərdə "Siverek Bələdiyəspor"un qonağı olub. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Röyal Nəcəfov qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə mübarizə aparıb. O, komandasının 2-ci qolunun müəllifi olub. Nəcəfov Malatya təmsilçisinin heyətində qollarının sayını 2-yə çatdırıb. Bundan başqa o bir məhsuldar ötürmə ilə də yadda qalıb.

 

Qeyd edək ki, 5 turdan sonra 1 oyun az keçirən "Malatya Yeşilyurtspor" 4 xalla 13 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti