Karrasko "Qarabağ"la oyundakı hərəkətinə görə cəzalandı

11:55 - 23 Oktyabr 2017

Çempionlar Liqasınının qrup mərhələsinin III turunda "Qarabağ"ın qonağı olan "Atletiko" təmsilçimizin müqavimətini qıra bilməyib. Madrid klubunun futbolçusu Yannik Karraskoya sözügedən oyunda əvəzlənməyə ləng reaksiyası baha başa gəlib.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Dieqo Simeone 72-ci dəqiqədə əvəzləndiyi vaxt meydanı ləng tərk edən belçikalı yarımmüdafiəçini cəzalandırıb.

 

Argentinalı mütəxəssis 24 yaşlı oyunçunun komandaya qol vurmağın vacib olduğu anda saymazyana davranışa yol verdiyi qənaətinə gəlib. Bu səbəbdən, Karrasko "Selta" ilə İspaniya La Liqasının IX tur matçına aparılmayıb. Klubdan verilən rəsmi açıqlamada isə futbolçunun dizində zədə olduğu üçün meydana çıxmadığı bildirilib. Simeone cinah yarımmüdafiəçisinin hərəkətini nəticədən məmnun olmaması ilə izah edib.   

 

Qeyd edək ki, "Qarabağ"la matçda qolsuz heç-heçə edən "Atletiko" "Selta"nı məğlub etməyi bacarıb. 

Xəbər xətti