"Neftçi" "Sumqayıt"la oyunun hazırlığına sabah start verəcək

"Kəpəz” üzərində Gəncə qələbəsindən sonra dünən bərpa məşqi keçən "Neftçi” istirahətə buraxılıb.

 

Sportal.az xəbər verir ki, komanda Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı "Sumqayıt”la oyunun hazırlığına sabah start verəcək. 

 

Məşq saat 11:00-dan etibarən İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq. 

 

Oktyabrın 29-da "Bakcell Arena”da keçiriləcək oyunda cəza müddəti başa çatmış futbolçu Derlis Meza Kolli də iştirak edə bilər.

Tarix: 23 Oktyabr [12:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio