Premyer Liqamızda 2 rekord

13:13 - 23 Oktyabr 2017

Topaz Premyer Liqasının IX turu iki rekordla əlamətdar olub. Hər iki göstərici tamaşaçı sayında gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, 8 min azarkeş toplayan “Kəpəz” – “Neftçi” görüşü 2017/18 mövsümünün ən çox tamaşaçı toplayan oyunu olub. Qonaqların 1:0 hesabı ilə qalib gəldiyi Gəncədəki matç “Neftçi” – “Qarabağ” qarşılaşmasını arxada qoyub. Belə ki, əvvəlki 8 turun ən çox izləyici yığan matçı mövsümün açılış oyunu idi. “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə bitən qarşılaşmanı 4800 tamaşaçı izləmişdi.

 

Ümumiyyətlə, IX tur ən çox azarkeş toplaması ilə də diqqət çəkib. Turun görüşlərini 12 min 550 tamaşaçı izləyib. Bu da mövsümün rekordudur. Bunadək rekord III tura aid idi – 8100 tamaşaçı.

Xəbər xətti