Klubun avtobusu qəzaya düşdü, kapitan xəsarət aldı

15:45 - 23 Oktyabr 2017

Gürcüstanın “Çixura” klubunun futbolçularını aparan mikroavtobus qəzaya düşüb.

 

Sportal.az xəbər verir ki, hadisə komanda üzvləri Gürcüstan çempionatının XXXI turunda Batumi “Dinamo”suna 2:1 hesabı ilə qalib gəldikləri oyundan qayıdan zaman Xaşuri şəhərində baş verib.

 

Hadisə nəticəsində komanda üzvlərindən yalnız biri ciddi zədə alıb. Kapitan Şota Kaşiyanın körpücük sümüyü sınıb.

Xəbər xətti