"Qarabağ" "Qəbələ"ni məğlub etdi

17:17 - 23 Oktyabr 2017

Bu gün Topaz Premyer Liqasında çıxış edən komandaların əvəzedicilərinin çempionatında 9-cu tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun son matçında 1-ci pillənin sahibi “Qəbələ” öz meydanında bu görüşə kimi sonuncu olan “Qarabağ”la qarşılaşıb.

 

Matç qonaqların 2:1 hesablı gözlənilməz qələbəsi ilə yekunlaşıb. Günün digər oyununda isə "Zirə" səfərdə "Sumqayıt"ı üstələyib.

 

Əvəzedicilərin çempionatı, 9-cu tur

21 oktyabr

 

"Səbail" - "İnter" 2:1

Qollar: Vüsal Buludlu, 18. Təyyar Məmmədov, 80 - Əlibəy Məmmədli, 23.

 

22 oktyabr

 

"Kəpəz" - "Neftçi" 0:1

Qol: Fərid Mahmudov, 30.

 

"Sumqayıt" - "Zirə" 0:1

Qol: Əmrah Bayramov, 52.

 

23 oktyabr

 

"Qəbələ" - "Qarabağ" 1:2

Qollar: Ülvi İsgəndərov, 70 - Famil Camalov, 61; 90+3.

Xəbər xətti