"Barselona"da Arda Turan müəmması

10:27 - 24 Oktyabr 2017

"Barselona"nın İspaniya Kral Kubokunda "Real Mursiya" ilə oyun üçün Arda Turan heyətə alınmayıb.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Ernesto Valverde zədə səbəbindən türkiyəli futbolçunun heyətə salınmadığıı bildirib. Onun sözlərinə görə, Ardanın dizində ağrılar var. Valverde Aleş Vidalın da bu qarşılaşma üçün hazır olmadığını sözlərinə əlavə edib.

 

Qeyd edək ki, Arda Turan bu mövsüm "Barselona"da heç bir oyun keçirməyib. Onun qışda komandadan gedəcəyi xəbərləri də dolaşır.

 

"Real Mursiya" - "Barselona" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə 23:30-da keçiriləcək.

Xəbər xətti