"Kəpəz" "İnter"lə oyuna "Dalğa Arena"da hazırlaşır

16:40 - 24 Oktyabr 2017

"Kəpəz" Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “İnter”lə oyununun hazırlıqlarına start verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “Neftçi”yə qarşı matçdan sonra bərpaedici prosedurdan keçən komanda üzvləri bir gün istirahət edərək bu gündən məşqlərə başlayıblar.

 

Komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlıq keçir. “Sarı-göylər”in oktyabrın 25-i və 26-na olan çalışmaları da eyni məkanda saat 11:30-da olacaq. 

Xəbər xətti