La Liqa klubunda baş məşqçi istefası

00:12 - 25 Oktyabr 2017

İspaniya La Liqasında baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, “Deportivo” baş məşqçisi Pepe Mellə yolları ayırıb. Komandanın bu mövsüm uğursuz çıxışı 54 yaşlı məşqçinin vəzifəsindən göndərilməsi ilə nəticələnib.

 
Onu əvəzedici komandanın baş məşqçisi Kristobal Parallo əvəz edəcək. 

 

Qeyd edək ki, Pepe Mel bu ilin fevral ayından “Deportivo”nu çalışdırırdı. "Deportivo" La Liqada 9 oyuna 8 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti