"Real"ın prezidenti Keyn barədə açıqlama verdi

11:03 - 25 Oktyabr 2017

"Real"ın prezidenti Florentino Peres açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "kral klubu"nun patronu "Tottenhem"in forvardı Harri Keyn barədə danışıb. O, adı Madrid klubu ilə hallanan ingilis futbolçunun transfer qiyməti barədə söz açıb: "Keyn üçün "Tottenhem"dən transfer qiyməti soruşmadım, çünki 250 milyon avro tələb edə bilərdilər. Biz hazırda Kərim Benzemadan çox məmnunuq".

 

Qeyd edək ki, 24 yaşlı hücumçu 2009-cu ildən "Tottenhem"in əsas komandasında çıxış edir. London klubu Keyni 4 dəfə icarəyə də verib.

Xəbər xətti