"Qarabağ"ın məşqçisi İsveçrəyə gedir

12:30 - 25 Oktyabr 2017

"Qarabağ"ın əvəzedici heyətinin baş məşqçisi Aftandil Hacıyev PRO kateqoriyalı məşqçilik kurslarını uğurla başa vurmaq üçün oktyabrın 29-da İsveçrəyə yollanacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi "facebook" hesabı yayıb.

 

Daha öncə Belarusda keçirilən kurslarda iştirak edən Hacıyev, noyabrın 2-nə qədər Nyonda yerləşən UEFA-nın qərargahında baş tutacaq kursun növbəti mərhələsinə qatılacaq. 

 

Qeyd edək ki, Hacıyevdən başqa “Zirə”nin baş məşqçisi Ayxan Abbasov da sözügedən kurslarda iştirak edəcək.

Xəbər xətti