"Kəpəz" – "İnter" oyununun yeri dəyişdirildi

13:25 - 25 Oktyabr 2017

“İnter” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

 

Sportal.az xəbər verir ki, “İnter” ev oyunlarını keçirdiyi stadionda klubun yeni adının təqdimat mərasimini keçirmək istəyində olduğunu və bununla əlaqədar olaraq “Kəpəz” – “İnter” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. PFL yuxarıda göstərilənləri və “Kəpəz”in razılıq məktubunu əsas tutaraq aşağıdakı qərarları qəbul edib:

 

Topaz Premyer Liqasının X turunun “Kəpəz” – “İnter” matçı 28 oktyabr tarixdə “İnter Arena” stadionunda keçirilsin. 

 

X turda meydan sahibi “İnter” hər iki klubun iştirakı ilə IV dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.

Xəbər xətti