AFFA "Qəbələ"ni azarkeşlərinə görə cərimələdi

14:33 - 25 Oktyabr 2017

AFFA-nın İntizam Komitəsi bu gün növbəti iclasını keçirib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

 

“Səbail” – “İnter” matçında qonaqların məşqçisi Araz Qulamov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

 

“Sumqayıt” – “Zirə” matçında hər komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 800 manat cərimə olunub. 

 

“Qəbələ” – “Qarabağ” matçının 86-cı dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

Xəbər xətti