AFFA I Divizion klublarını cərimələdi

15:07 - 25 Oktyabr 2017

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

“Xəzər” – MOİK matçında əvəzetmə tablosu və xərək daşıyan uşaqların olmamasına görə “Xəzər” klubu 160 manat cərimə olunub.

 

“Şüvəlan” – “Sabah” matçında “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

“Zaqatala” – “Binə” matçında “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Zaqatala”nın futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

Xəbər xətti