Premyer Liqa klubu Musleraya "elçi düşdü"

17:24 - 25 Oktyabr 2017

İngiltərənin "Nyukasl" klubu heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Musleraya göz dikib. "The Sun" qəzetinin yazdığına görə, "sağsağanlar" yanvar ayında 31 yaşlı "əlcək sahibi" üçün İstanbul nəhənginin qapısını döyəcək. "Nyukasl"ın Muslera üçün 10 milyon avro təklif edəcəyi gözlənilir.

 

Qeyd edək ki, təcrübəli qolkiper "Qalatasaray"a 2011-ci ildən "Latsio"dan transfer olub. O, "cim bom"un heyətində 200-dən çox qarşılaşmada meydana çıxıb.

Xəbər xətti