"Neftçi"nin əsas komandasında 13 yaşlı futbolçu

18:02 - 25 Oktyabr 2017

“Neftçi” PFK “Sumqayıt”la oyunun hazırlığını gündə iki məşqlə davam etdirir.

 

Sportal.az xəbər verir ki, bugünkü ilk hazırlıq prosesi İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında olub.

 

Baş məşqçi Tərlan Əhmədov əvəzedici komandanın 18 yaşlı üzvləri – müdafiəçi Rəhman Daşdəmirov və yarımmüdafiəçi Xəyal Tomarov, həmçinin U-14 komandasının müdafiəçisi, 31.08.2004-cü il təvəllüdlü Bulud Həziyevi də bu məşqə cəlb edib.

Xəbər xətti