Kamran oynadı, komandası 1/4 finala yüksəldi

18:27 - 25 Oktyabr 2017

Çexiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" səfərdə "Domazlise"nin qonağı olub. Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsiylə başa çatıb. Bu nəticə ilə "Mlado Boleslav" 1/4 final mərhələsinə vəsiqə qazanıb.

 

Qeyd edək ki, Kamran bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Xəbər xətti